"Qara qızıl"ın qiyməti cüzi artıb
Energetika
- 28 dekabr, 2021
- 06:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün keçirilən hərraclarda neftin qiyməti cüzi artıb.
“Report” xəbər verir ki, “Brent” markalı neftin mart fyüçersləri 0,08 faiz bahalaşaraq 78,28 ABŞ dollarından, WTI markalı neftin fevral fyüçersləri də 0,28 faiz bahalaşaraq 75,78 dollardan satılıb.
Neft bazarındakı müsbət dinamika gələn il Asiya bazarlarındakı tələbata dair yüksək gözləntilərlə bağlıdır. Bu barədə “S & P Global Platts” proqnoz verərək daha çox Hindistan və Çində tələbatın artacağını bildirib. Belə ki, Hindistanda noyabr ayında xam neft idxalı 10 ayın ən yüksək həddinə çatıb.
Bununla yanaşı, koronavirusun “omikron” ştamının heç də ən təhlükəli variant olmamasına dair rəylər də neft bazarında müsbət əks-səda doğurub.
Son xəbərlər
06:39
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
Region
06:08
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
Digər ölkələr
05:43
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
Digər ölkələr
05:22
İsveçrədə milyonçunun arvadı supermarketdən oğurluq edərkən tutulub
Digər ölkələr
04:50
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər
Digər ölkələr
04:16
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
Region
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr