Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb - YENİLƏNİB Bu ölkənin Azərbaycana investisiyalar yatırması və digər məsələlər müzakirə olunub
Energetika
18 Yanvar , 2017 12:45
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb - YENİLƏNİB

*** saat 11:51

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən nazir Xalid Al Falih gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu islahatların əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərini məmnunluqla xatırladıb, iki ölkə arasında qardaşlıq münasibətlərinin olduğunu deyib.

Söhbət zamanı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana investisiyaların yatırılması, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlıq, “Saudi Aramco” şirkəti ilə SOCAR-ın həm regionda, həm də digər ölkələrdə birgə layihələr həyata keçirmələri və digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi