Polşa şirkətləri Qarabağda bərpa olunan enerji layihələrində iştirakını nəzərdən keçirir

Polşa şirkətləri Qarabağda bərpa olunan enerji layihələrində iştirakını nəzərdən keçirir Səfir bərpa olunan enerji sahəsində Polşanın təcrübəsini və təkliflərini Azərbaycanla bölüşməyə hazır olduğunu qeyd edib
Energetika
28 Fevral , 2023 15:55
Polşa şirkətləri Qarabağda bərpa olunan enerji layihələrində iştirakını nəzərdən keçirir

Polşa şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji layihələrində iştirakı və əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Bu barədə “Report”a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (AREA) məlumat verilib.

Bildirilib ki, AREA-nın direktoru Cavid Abdullayev Polşanın fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.

C. Abdullayev Azərbaycanla Polşa arasında əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyi qeyd edib. Azərbaycanın yüksək bərpa olunan enerji potensialının olduğu və bu istiqamətdə meqalayihələrin həyata keçirildiyini bildirib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsi üzrə görüləcək işlər barədə məlumat verilib. Polşa şirkətlərinin bu layihələrdə iştirakı və əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfir bərpa olunan enerji sahəsində Polşanın təcrübəsini və təkliflərini Azərbaycanla bölüşməyə hazır olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi