Petre Roman: "Azərbaycan qazını idxal edən ölkələr hazırkı böhrandan təsirlənmədilər"

Petre Roman: "Azərbaycan qazını idxal edən ölkələr hazırkı böhrandan təsirlənmədilər" "Azərbaycan qazını idxal edən ölkələr hazırda dünyada baş verən "mavi yanacaq" böhranının fəsadları ilə üzləşmədilər".
Energetika
4 Noyabr , 2021 18:30
Petre Roman: Azərbaycan qazını idxal edən ölkələr hazırkı böhrandan təsirlənmədilər

"Azərbaycan qazını idxal edən ölkələr hazırda dünyada baş verən "mavi yanacaq" böhranının fəsadları ilə üzləşmədilər".

“Report” xəbər verir ki, bunu Rumıniyanın sabiq Baş naziri Petre Roman VIII Bakı Qlobal Forumundakı müzakirələr zamanı bildirib.

Onun fikrincə, Prezident İlham Əliyev qaz kimi ciddi məsələlərdə ağıllı siyasət yeritməyin nə demək olduğunun bariz nümunəsini ortaya qoyub.

“Bu gün Azərbaycan qazı artıq Avropa İttifaqı ölkələrinə nəql olunur. Azərbaycandan qaz idxal edən ölkələr hazırkı "mavi yanacaq" böhranının mənfi təsiri ilə üzləşməyiblər”, - deyə sabiq hökumət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi