​"Petkim Holding" "Star" neft emalı zavodunda pay almaq istəyir

​"Petkim Holding" "Star" neft emalı zavodunda pay almaq istəyir Holdinq neft emalı zavodunda 7-9% pay almaq niyyətindədir
Energetika
20 Avqust , 2015 12:38
​Petkim Holding Star neft emalı zavodunda pay almaq istəyir

Bakı. 20 avqust. REPORT.AZ/ Türkiyənin "Petkim Holding"i Petkim yarımadasında inşa olunan "Star" emal zavodunda pay almaq üçün bu layihənin icraçısı olan "SOCARTurkey Energy" şirkəti ilə danışıqlara başlayıb. "Report" xəbər verir ki, bu barədə "Petkim Holding" məlumat yayıb.

Şirkətdən verilən açıqlamaya görə, holdinq "Star" emal zavodunda 7-9% pay almaq istəyir.

Məlumata əsasən, bunun üçün "Petkim Holding"in İdarə Heyəti "SOCAR Turkey Energy"dən sahib olduğu "Rafineri Holding"də 12-14% almağı planlaşdırır.

Qeyd edək ki, hazırda "SOCAR Turkey Energy" şirkəti "Rafineri Holding"in 100% sahibidir. "Rafineri Holding" isə öz növbəsində "Star" zavodunun tam sahibi olan "SOCAR Turkey Yatırım" şirkətində 59,99% paya malikdir.

Son xəbərlər

Orphus sistemi