Pərviz Şahbazov İtaliyada keçiriləcək WFEG-in Nazirlər iclasında iştirak edəcək
Energetika
- 05 noyabr, 2024
- 06:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Energetika naziri Pərviz Şahbazov İtaliyaya səfər edib.
“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir 6 noyabr tarixində Roma şəhərində keçiriləcək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun (World Fusion Energy Group–WFEG) birinci Nazirlər iclasında iştirak edəcək.
İtaliyanın baş naziri Giorgia Meloni və AEBA-nın baş direktoru Rafael Mariano Qrossinin həmsədrlik edəcəyi tədbirdə termo nüvə enerjisini inkişaf etdirmək üçün inklüziv və qlobal yanaşmanın mənimsənilməsi, WFEG çərçivəsində qlobal səylərin təşviqinə dair fikir mübadiləsi aparılacaq.
Tədbir çərçivəsində energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Son xəbərlər
01:22
Meksikada kartel liderinin həbsi zamanı dörd hərbçi həlak olub
Digər ölkələr
01:02
Foto
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib
Region
00:45
Fransada keçirilən etirazlarda 144 nəfər saxlanılıb - Yenilənib
Digər ölkələr
00:21
SEPAH ABŞ-nin Bəhreyndəki iki hərbi bazasının hədəf alındığını açıqlayıb - Yenilənib
Digər ölkələr
23:44
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Digər ölkələr
23:35
İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib
Region
23:25
"ABC News": Hörmüzdə gəmilərə hücumların sayı maksimuma çatıb
Digər ölkələr
23:15
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Region
22:57
London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib
Digər ölkələr