Pərviz Şahbazov: “İndiyədək AÇG-dən 545 milyon tona yaxın neft çıxarılıb”

Pərviz Şahbazov: “İndiyədək AÇG-dən 545 milyon tona yaxın neft çıxarılıb” “İstismara veriləndən indiyədək “Azəri-Çıraq-Günəşli” neft yataqlarından 545 milyon tona yaxın neft çıxarılıb”.
Energetika
21 Dekabr , 2021 11:29
Pərviz Şahbazov: “İndiyədək AÇG-dən 545 milyon tona yaxın neft çıxarılıb”
Pərviz Şahbazov

“İstismara veriləndən indiyədək “Azəri-Çıraq-Günəşli” neft yataqlarından 545 milyon tona yaxın neft çıxarılıb”.

“Report”un xəbərinə görə, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

“Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 49 milyon kubmetrdən çox səmt qazı verilib. Yataqlardan çıxarılan neftin satışından 155 milyard ABŞ dollara yaxın gəlir əldə edilib”, - nazir vurğulayıb.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG yatağı fəaliyyətə 2001-ci ildən başlayıb.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Orphus sistemi