Pərviz Şahbazov: "İlin sonunadək Azərbaycandan Macarıstana qaz tədarükünə başlanılacaq"

Pərviz Şahbazov: "İlin sonunadək Azərbaycandan Macarıstana qaz tədarükünə başlanılacaq" Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ilin sonunadək Macarıstana qaz tədarükü, “Yaşıl enerji” layihəsinin icrası məsələləri müzakirə edilib
Energetika
30 Mart , 2023 19:11
Pərviz Şahbazov: İlin sonunadək Azərbaycandan Macarıstana qaz tədarükünə başlanılacaq

Azərbaycandan Macarıstana ilin sonunadək təbii qaz tədarükünə başlanacaq. 

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin 3-cü iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirilən görüşdə qeyd edilib.

Görüşdə Macarıstan ilə təbii qazın və “yaşıl enerji”nin tədarükü üzrə müzakirələr aparılıb. Görüşdə TDT formatında əməkdaşlığa, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş və təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun icrasına dair məsələlər müzakirə edilib.

Həmçinin Xəzər dənizində “yaşıl enerji”nin istehsalını, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlərin, Qara dənizin dibi ilə kabelin çəkilməsini, bazarlara çatdırılmasını əhatə edən “yaşıl enerji” dəhlizi layihəsinin reallaşdırılması istiqamətində zəruri tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı “MOL” şirkətinin Azərbaycanın neft-qaz yataqlarının işlənməsində iştirakının genişləndirilməsi imkanları da nəzərdən keçirilib.

18:38

Azərbaycandan Macarıstana ilin sonunadək təbii qaz tədarükünə başlanıla bilər.

“Report” xəbər verir ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə aparılıb.

Bu barədə P. Şahbazov özünün “Tviter” hesabında yazıb.

Onun sözlərinə görə, qörüşdə, həmçinin “Yaşıl enerji” layihəsi üzrə zəruri addımları müəyyənləşdirilib.

Xatırladaq ki, bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin III iclası keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi dövlətlərdir.

Son xəbərlər

Orphus sistemi