Pərviz Şahbazov: "Azərbaycan bu il istehsal edəcəyi qazın yarısını ixrac edəcək"
Energetika
- 01 mart, 2024
- 14:47
Azərbaycan bu il istehsal edəcəyi təbii qazın yarısını ixrac edəcək.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu il Azərbaycanda 48 milyard kubmetrdən çox qaz istehsalı nəzərdə tutulur: "İstehsal edilən qazın təxminən yarısı Türkiyə, Gürcüstan və Avropaya ixrac ediləcək. Biz müəyyən bir artımla bu ixracı davam etdirmək niyyətindəyik".
Qeyd edək ki, ötən il Azərbaycan Avropaya 11,9 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac edib.
Son xəbərlər
21:26
Neymar karyerasını başqa komandada davam etdirə bilər
Futbol21:12
Orban: Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi Aİ sammitinin gündəliyindən çıxarılıb
Digər ölkələr20:51
"Sumqayıt"ın qış hazırlıq planı və yoxlama oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib
Futbol20:44
TÜİB sədri: Qarabağda tekstil sahəsində 10 minə yaxın insanı işlə təmin edəcək layihəmiz var
Qarabağ20:26
Foto
Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb
Hərbi20:20
"İnter Mayami" Luis Suaresin müqaviləsinin müddətini uzadıb
Futbol20:10
KİV: Zelenski Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək
Digər ölkələr20:07
Nazir: Hazırda 15 özəl şirkət müdafiə sənayesi sahəsində lisenziya əsasında fəaliyyət göstərir
Hərbi19:59