Pakistan Rusiyaya neft emalı zavodunun yenidən qurulmasında iştirak üçün müraciət edib

Pakistan Rusiyaya neft emalı zavodunun yenidən qurulmasında iştirak üçün müraciət edib Pakistan Rusiyanı neft emalı zavodunun (NEZ) yenidən qurulmasında iştirak etməyi təklif edib.
Energetika
4 Dekabr , 2024 16:14
Pakistan Rusiyaya neft emalı zavodunun yenidən qurulmasında iştirak üçün müraciət edib

Pakistan Rusiyaya neft emalı zavodunun (NEZ) yenidən qurulmasında iştirak üçün müraciət edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya-Pakistan Hökumətlərarası Komissiyasının növbəti iclasının yekunları ilə bağlı danışan iki ölkənin energetika nazirləri bildiriblər.

"Neft təchizatını həyata keçiririk. NEZ-in yenidən qurulmasında iştirakı müzakirə etdik. Rusiya şirkətlərinin Pakistan ərazisində neft və qaz sahəsində iştirakının digər imkanlarını nəzərdən keçiririk", - Rusiyanın energetika naziri Sergey Tsivilyev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, tərəflər dəmir yolu daşımaları üçün "Şimal-Cənub" dəhlizindən istifadə imkanını, həmçinin İslamabadla Moskva arasında birbaşa uçuşların təşkili perspektivini nəzərdən keçiriblər.

Öz növbəsində Pakistanın energetika naziri Avays Leqari bildirib ki, ölkəsi üçün əlavə neft emalı imkanlarının yaradılması lazımdır: “Pakistan Rusiyadan investisiyaların cəlb edilməsində maraqlıdır”.

Son xəbərlər

Orphus sistemi