Özbəkistan və Azərbaycanın enerji şirkətləri əməkdaşlığın nəticələrini açıqlayıb

Energetika
  • 20 may, 2024
  • 08:16
Özbəkistan və Azərbaycanın enerji şirkətləri əməkdaşlığın nəticələrini açıqlayıb

Özbəkistanın “Özbəkneftqaz” və Azərbaycanın “Turan Energy” şirkəti birgə əməkdaşlığın nəticələrinə yekun vurublar.

Bu barədə “Report” “Özbəkneftqaz” şirkətinə istinadən xəbər verir.

Məlumata görə, iki ölkənin enerji şirkətlərinin rəhbərlikləri arasında görüş keçirilib. Görüş zamanı Özbəkistan şirkətinin istehsal etdiyi məhsulların ixracı və idxalı, eləcə də digər istiqamətlər üzrə işlərin nəticələri məsələlərinə yekun vurulub.

Həmçinin, əlavə planlar və tamamlanmalı olan fəaliyyətlər barədə qeyd olunub.

Qeyd edək ki, “Turan Drilling & Engineering Company” qlobal qazma və mühəndislik podratçısı olan “KCA Deutag” və inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən “SOCAR AQS” şirkətləri tərəfindən təsis edilmiş birgə müəssisədir. Hər iki şirkət Xəzər bölgəsindəki uzun müddətli fəaliyyət tarixcəsini özünəməxsus şəkildə cəmləşdirməklə, beynəlxalq neft və qaz sənayesində 130 ildən çox təcrübəsi olan yerli bir şirkət olaraq qazma və mühəndislik xidmətləri təklif edir. Şirkət texniki xüsusiyyətli yeddi dəniz kiber qurğusunu Bakıdakı baş ofisindən idarə edir. Dərin və yüksək təzyiqli quyularda göstərdiyimiz qazma əməliyyatları xüsusi yanaşma tələb edir və biz bu tələbləri illər ərzində müvəffəqiyyətlə yerinə yetirir.

Son xəbərlər

Bütün Xəbər Lenti