Özbəkistan emissiyaların 35 % azaldılması üzrə öhdəlikləri vaxtından əvvəl yerinə yetirməyi planlaşdırır

Özbəkistan emissiyaların 35 % azaldılması üzrə öhdəlikləri vaxtından əvvəl yerinə yetirməyi planlaşdırır Özbəkistan Paris Sazişi çərçivəsində istixana qazı emissiyalarının 35 % azaldılması üzrə götürdüyü öhdəlikləri vaxtından əvvəl yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyinə söz verib.
Energetika
4 aprel 2025 12:48
Özbəkistan emissiyaların 35 % azaldılması üzrə öhdəlikləri vaxtından əvvəl yerinə yetirməyi planlaşdırır

Özbəkistan Paris Sazişi çərçivəsində istixana qazı emissiyalarının 35 % azaldılması üzrə götürdüyü öhdəlikləri vaxtından əvvəl yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyinə söz verib.

“Report”un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Mərkəzi Asiya - Avropa İttifaqı" sammiti çərçivəsində keçirilən Beynəlxalq İqlim Forumunun açılışında bildirib.

O, Özbəkistanın resurs qoruyucu və ekoloji təmiz iqtisadi inkişaf modelinə keçid etməyə başladığını və "yaşıl enerji”nin burada əsas istiqamətlərdən biri olaraq qaldığını xatırladıb.

"Növbəti beş ildə ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin payını 54 %-ə çatdırmağı planlaşdırırıq. Bu, istixana qazı emissiyalarının həcmini təxminən 16 milyon ton azaltmağa imkan verəcək. Biz Özbəkistanın Paris Sazişi çərçivəsində istixana qazı emissiyalarının 35 % azaldılması üzrə götürdüyü öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsi üçün səylərimizi əsirgəməyəcəyik", - Prezident qeyd edib.

Ş. Mirziyoyev əlavə edib ki, ümumi strateji vəzifələrin həyata keçirilməsi çərçivəsində forumda regionun "yaşıl inkişaf” konsepsiyası təqdim ediləcək: "Əminəm ki, onun qəbul edilməsi və həyata keçirilməsi Mərkəzi Asiyanın ekoloji yönümlü inkişafı üçün möhkəm təməl yaradacaq".

Son xəbərlər

Orphus sistemi