Ötən il “SOCAR Metanol” istehsalını 41 %-dən çox artırıb
- 15 dekabr, 2023
- 12:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “SOCAR Metanol” zavodunda 2022-ci il ərzində 534,5 min ton metanol istehsal edilib.
Bu barədə “Report” SOCAR-ın 2022-ci ilin hesabatına istinadən xəbər verib.
Hesabata əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 41,4 % çoxdur.
Hesabat dövründə 511,2 min ton metanol satılıb ki, bu da 2021-ci illə müqayisədə 39,1 % çoxdur.
Satılan məhsulun 500,2 min tonu (97,8 %) ixracın, 11 min tonu (2,2 %) isə daxili bazarın payına düşüb. Bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 38,2 % və 95,9 % çoxdur.
2022-ci ildə metanolun əsas ixrac istiqamətləri Türkiyə, Sloveniya, İsrail, İtaliya, Rumıniya, İspaniya, Niderland, Türkmənistan olub.
Qeyd edək ki, metanol zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.