Ötən il SOCAR-ın neft və qaz satışından əldə etdiyi gəlirlər azalıb

Energetika
  • 28 iyun, 2024
  • 06:38
Ötən il SOCAR-ın neft və qaz satışından əldə etdiyi gəlirlər azalıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ötən il neft satışından əldə etdiyi gəlirlər 2022-ci illə müqayisədə 27,6 % azalaraq 48 milyard 923 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, SOCAR-ın 2023-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatına əsasən, şirkətin ötən il neft məhsullarının satışından əldə etdiyi gəlir 18 milyard 990 milyon manat (21,8 % az), təbii qazdan əldə etdiyi gəlir 9 milyard 581 milyon manat (46,1 % az), neft-kimya məhsullarından əldə etdiyi gəlir isə 4 milyard 649 milyon manat (31,4 % az) olub.

Bununla yanaşı, 2023-cü ildə şirkətin icarə gəlirləri 341 milyon manat (13,6 dəfə çox), digər gəlirləri isə 2 milyard 717 milyon manat (3,3 % az) təşkil edib.

Xatırladaq ki, şirkətin ötən il ümumi gəlirləri 85 milyard 201 milyon manat (28,5 % az) olub.

Son xəbərlər

Bütün Xəbər Lenti