Ötən il SOCAR-ın 25 000-ə yaxın əməkdaşı onlayn təlimlərdə iştirak edib

Ötən il SOCAR-ın 25 000-ə yaxın əməkdaşı onlayn təlimlərdə iştirak edib COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda elan edilmiş karantin rejimi auditoriya şəraitində tədrisin təşkilinə də təsir göstərib.
Energetika
29 Yanvar , 2021 11:16
Ötən il SOCAR-ın 25 000-ə yaxın əməkdaşı onlayn təlimlərdə iştirak edib

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda elan edilmiş karantin rejimi auditoriya şəraitində tədrisin təşkilinə də təsir göstərib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında deyilir.

Bildirilir ki, öyrənmənin və tədrisin davamlılığını təmin etmək, eləcə də əməkdaşların maarifləndirilmək və şəxsi inkişaflarına dəstək olmaq məqsədilə ötən ilin mart ayından SOCAR tərəfindən onlayn təlim və vebinarlar təşkil olunmağa başlanıb.

Məlumata görə, 2020-ci il ərzində SOCAR-da təşkil olunmuş 904 onlayn təlimdə 25 000-ə yaxın (24 835) SOCAR əməkdaşı iştirak edib. Təlimlərin onlayn şəkildə keçirilməsi nəticəsində təlim iştirakçılarının sayı 2,6 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi