Energetika Nazirliyinin “Çağrı Mərkəzi” ötən il 6 400-dən çox zəng qəbul edib

Energetika Nazirliyinin “Çağrı Mərkəzi” ötən il 6 400-dən çox zəng qəbul edib ​​​​​​​2024-cü il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 6410 zəng qəbul edilib
Energetika
7 Yanvar , 2025 11:22
Energetika Nazirliyinin “Çağrı Mərkəzi” ötən il 6 400-dən çox zəng qəbul edib

2024-cü ildə Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 6410 zəng qəbul edilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, daxil olan zənglərin 5 425-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 449-u təşəkkür xarakterli, 536-sı isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. Vətəndaşlar “Çağrı Mərkəzi”nə Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan "012 974" nömrəsini yığmaqla zəng edə bilərlər.

Son xəbərlər

Orphus sistemi