Ötən il BTC əsaslı xərclərini 22 %-ə yaxın artırıb

Energetika
  • 13 fevral, 2025
  • 08:46
Ötən il BTC əsaslı xərclərini 22 %-ə yaxın artırıb

2024-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 146 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 44 milyon ABŞ dolları həcmində olub.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2024-cü il üzrə açıqladığı hesabata istinadən xəbər verir. 2023-cü ilin göstəricisi ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 26 milyon ABŞ dolları və ya 21,7 % artıb, əsaslı xərcləri isə 2 milyon ABŞ dolları və ya 4,3 % azalıb.

Bildirilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 591 milyon ton (təxminən 4,4 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 862 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2024-cü ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 29 milyon ton (təxminən 223 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 305 tankerə yüklənərək, yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10 %); SOCAR (32,97 %); MOL (8,9 %), TPAO (6,53 %); “Eni” (5,00 %); “TotalEnergies” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (3,1 %) şirkətləridir.