Ötən il Azərbaycanda qaz hasilatı 4 %-dən çox artıb
Energetika
- 05 fevral, 2021
- 13:54
2020-ci il ərzində 2019-cu ilin müvafiq dövrünə nisbətən 4,2 %, yəni 1,5 mlrd kubmetr artımla 37,1 mlrd kubmetr qaz hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilir.
Məlumata görə, bu, proqnozdan 1 mlrd. kubmetr, yəni 2,6 % azdır.
Bildirilir ki, ötən il qaz hasilatının 11,7 mlrd kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 18,1 mlrd kubmetri isə “Şahdəniz”dən əldə edilib. Bu da 2019-cu ilin nəticələri ilə müqayisədə müvafiq olaraq 2,3 % az və 7,6 % çoxdur.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə ötən dövrdə 7,3 mlrd kubmetr qaz hasil olunub. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 0,5 mlrd kubmetr və ya 7,7 % çoxdur.
Son xəbərlər
05:51
Aİ ABŞ-nin İranın iqtisadi təcridi ilə bağlı əməliyyatına qoşulub
Digər ölkələr05:25
Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
Digər ölkələr04:59
Adam Telle ABŞ-nin ordu nazirinin səlahiyyətlərini icra edəcək
Digər ölkələr04:25
Tramp: Kütləvi miqrant axını səbəbindən İspaniyanı dağılma təhlükəsi gözləyir
Digər ölkələr03:47
Hindistan raketi Yerin məsafədən zondlanması peykini orbitə çıxarıb
Digər ölkələr03:21
Kats: İsrail hücum halında İranın enerji infrastrukturuna zərbə endirəcək
Digər ölkələr02:58
"Bloomberg": BVF Venesuelada nümayəndəlik açmaq imkanını nəzərdən keçirir
Digər ölkələr02:26
FIFA UEFA-nı böhtan kampaniyasında ittiham edib
Futbol01:44