Ötən il Azərbaycanda nə qədər neft məhsulu istehsal edilib?

Ötən il Azərbaycanda nə qədər neft məhsulu istehsal edilib? Bu barədə SOCAR-ın 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında deyilir.
Energetika
2 Sentyabr , 2020 11:31
Ötən il Azərbaycanda nə qədər neft məhsulu istehsal edilib?

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Emal kompleksinin neft emalı zavodunda 6 mln 189,7 min ton xam neft emal olunub.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında deyilir. Bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə 1,5% çoxdur.

Hesabat ilində emal olunmuş xammaldan 1 mln 161,4 min ton avtomobil benzini istehsal edilib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 2% azdır.

Ötən il ərzində SOCAR tərəfindən 591,1 min ton reaktiv mühərrik yanacağı istehsal edilib ki, bu da daha əvvəlki illə müqayisədə 4,2% azdır.

2019-cu il ərzində ölkədə 2 mln 080,2 min ton dizel yanacağı istehsal edilib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 8,2% çoxdur.

Hesabat dövründə 197,9 min ton maye qazlar, 260,1 min ton neft bitumu istehsal edilib ki, bu 2018-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 3% 10,2% azdır.

Həmin dövr ərzində SOCAR tərəfindən 22,9 min ton sürtkü yağları, 238,4 min ton koks və sair məhsullar istehsal edilib ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisə etdikdə 55%2,3% azdır.

Hesabat dövründə ölkədə soba mazutunun istehsalı 18,7% artaraq 126,46 min ton, mühərrik yanacağının istehsalı 4,6% azalaraq 32,55 min ton təşkil edib.

2019-cu ildə neft emalının dərinliyi 93,6% təşkil edib.

Son xəbərlər

Orphus sistemi