Ötən il AÇG-dən 29 mln. ton neft hasil edilib

Ötən il AÇG-dən 29 mln. ton neft hasil edilib Bakı. 13 fevral. REPORT.AZ/ Ötən ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 584 min barel və ya ümumilikdə təqribən 213 mln. barel, yəni 29 mln. ton neft hasil edilib.
Energetika
13 Fevral , 2019 13:12
Ötən il AÇG-dən 29 mln. ton neft hasil edilib

Bakı. 13 fevral. REPORT.AZ/ Ötən ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 584 min barel və ya ümumilikdə təqribən 213 mln. barel, yəni 29 mln. ton neft hasil edilib.

“Report” xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.

2018-ci ildə yataqlar blokundan hasilatın həcmi 2017-ci ildən 0,93% az olub.

Bildirilib ki, 2018-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Ötən il  “Çıraq” platformasından 46 min barel, “Mərkəzi Azəri” platformasından 154 min barel, “Qərbi Azəri” platformasından 126 min barel, “Şərqi Azəri” 97 min barel, “Dərinsulu Günəşli” platformasından 105 min barel və “Qərbi Çıraq” platformasından 57 min barel neft hasil edilib.

İlin sonunda AÇG-də ümumilikdə 117 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

2018-ci ildə AÇG-də 14 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci ilin sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Layihədə pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%. 

Son xəbərlər

Orphus sistemi