OPEC Rusiya ilə uzunmüddətli əməkdaşlığa ümid edir

OPEC Rusiya ilə uzunmüddətli əməkdaşlığa ümid edir Əməkdaşlığın müddəti 1 ildən 10-20 ilə qədər artırıla bilər
Energetika
28 Mart , 2018 11:14
OPEC Rusiya ilə uzunmüddətli əməkdaşlığa ümid edir

Bakı. 28 mart. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvü olmayan Rusiya və digər neft hasilatçısı ölkələri ilə uzunmüddətli əməkdaşlıq etmək istəyir. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman deyib. 

"OPEC 1 illik sazişdən uzunmüddətli anlaşmaya keçid üzərində çalışır. Bu 10-20 illik müddəti əhatə edəcək", - o bildirib. 

Şəhzadənin sözlərinə görə, belə bir razılaşma mövcuddur, lakin onun detalları hələlik işlənib hazırlanmayıb. 

Qeyd edək ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələri arasında hasilatın həcminin azaldılmasına dair anlaşma bu ilin sonuna qədər qüvvədədir. Ötən həftə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih anlaşmanın müddətinin 2019-cu ildə də uzadılacağına ümid etdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi