OPEC+ ölkələri neft hasilatını azalda bilər

OPEC+ ölkələri neft hasilatını azalda bilər Bakı. 24 sentyabr. REPORT.AZ/ OPEC+ ölkələri bazar çətinlikləri yaşanacağı halda, gələcəkdə hasilatın azaldılması ilə bağlı mexanizmə qayıda bilər.
Energetika
24 Sentyabr , 2018 15:59
OPEC+ ölkələri neft hasilatını azalda bilər

Bakı. 24 sentyabr. REPORT.AZ/ OPEC+ ölkələri bazar çətinlikləri yaşanacağı halda, gələcəkdə hasilatın azaldılması ilə bağlı mexanizmə qayıda bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak "Rossiya 24" telekanalına müsahibəsində bildirib.

"Neft hasilatının azaldılması mexanizmi effektivliyini nümayiş etdirib və əgər gələcəkdə bazarda çətin vəziyyət yaranarsa, 2017-2018-ci illərdə olduğu kimi, eyni yanaşmaya qayıda bilərik", - nazir deyib.

Onun sözlərinə görə, bütün ölkələr diqqəti qlobal hədəfə çatmağa - tələb və təklifin balanslaşdırılmasına yönəltməlidir.

Xatırladaq ki, OPEC+ ölkələri Əlcəzairdə keçirilmiş nazirlər toplantısında 2019-cu ildə məhdudiyyətlərin yenidən tətbiqi barədə xəbərdarlıq edib. Gələn il üçün tədbirlər barədə yekun qərarı nazirlər dekabrın 6-7-də Vyanada (Avstriya) qəbul edə bilərlər.

Son xəbərlər

Orphus sistemi