Neftə tələbatın artacağı ilə bağlı ümidlər qiymətlərin artmasına təkan verir

Neftə tələbatın artacağı ilə bağlı ümidlər qiymətlərin artmasına təkan verir “Brent” bu il martın 15-dən bəri ilk dəfədir 70 dollar həddini keçib
Energetika
18 May , 2021 16:13
Neftə tələbatın artacağı ilə bağlı ümidlər qiymətlərin artmasına təkan verir

Neft bazarında tələbatla bağlı nikbin ovqatın olması fonunda qiymətlərin bu gün səhər yüksələn trendi davam edir.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 13.51-ə olan vəziyyətə görə, “Brent” markalı neftin iyul fyüçersləri 0,92 faiz bahalaşaraq 70,1 ABŞ dollarından, “WTI” markalı neftin iyul fyüçersləri 0,8 faiz bahalaşaraq 66,81 dollardan, iyun fyüçersləri isə 0,75 faiz bahalaşaraq 66,77 dollardan satılıb. Qeyd edək ki, “Brent” bu il martın 15-dən bəri ilk dəfədir 70 dollar həddini keçib.

Müxtəlif ölkələrdə peyvəndləmə işlərinin davam etdirilməsi, eyni zamanda karantin məhdudiyyətlərinin yumşaldılması və hökumətlər tərəfindən görülən dəstək tədbirləri iqtisadiyyatın dirçələcəyinə dair nikbinliyə əsas verir. Belə ki, Avropa və Asiya bazarlarında fond indeksləri, habelə texnologiyada geniş istifadə olunan mis və palladium kimi xammal növlərinin qiymətləri artır.

Son xəbərlər

Orphus sistemi