Neft yenidən ucuzlaşır
Energetika
- 04 may, 2020
- 12:25
Dünya bazarında neftin qiyməti ötən həftəki artımdan sonra bu həftəyə enişlə başlayıb.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 16:20-yə olan məlumata görə, Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 2,88% azalaraq 19,21 ABŞ dolları olub.
Londonun ICE birjasında “Brent markalı neftin iyul fyuçerslərinin qiyməti isə 0,91% azalaraq 26,20 ABŞ dolları təşkil edib.
Neftin qiyməti ABŞ-ın Çin məhsullarına idxal rüsumunun artırılması ilə bağlı xəbərlərdən sonra azalmağa başlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, Çin koronavirusun yayılması barədə məlumatları gizlətməklə səhvə yol verib və rüsumun tətbiqi Çinlə danışıqlarda vacib alətdir.
Son xəbərlər
05:45
Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır
Digər ölkələr05:17
Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Sağlamlıq04:48
ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
Digər ölkələr04:25
Rubio Danimarka ilə Qrenlandiya üzrə razılaşmanın detallarını açıqlayıb
Digər ölkələr03:52
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub
İKT03:12
Kuba yenidən işıqsız qalıb
Digər ölkələr02:47
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Digər ölkələr02:11
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayıb - YENİLƏNİB
Digər ölkələr01:41