Neft Trampın təhdidləri fonunda bahalaşıb

Energetika
  • 20 yanvar, 2026
  • 09:49
Neft Trampın təhdidləri fonunda bahalaşıb

Qlobal neft qiymətləri bu gün səhər saatlarında artıb, bazarlar Çində iqtisadi artımla bağlı dərc olunmuş məlumatları qiymətləndirir, eləcə də ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarının artırılması barədə səsləndirdiyi təhdidləri izləyir.

"Report" xəbər verir ki, bu, ticarət məlumatlarında öz əksini tapıb.

"Brent" markalı neftin mart fyuçerslərinin qiyməti əvvəlki bağlanış qiymətinə nisbətən 0,22 % artaraq bir barel üçün 64,08 ABŞ dollarına, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,12 % artaraq 59,41 ABŞ dollarına bərabər olub.

Dünən Çin Dövlət Statistika Bürosu ölkənin ümumi daxili məhsulu (ÜDM) ilə bağlı məlumatları dərc edib. İlin yekunu üzrə göstərici 5 % artaraq 140,187 trilyon yuan (20 trilyon ABŞ dolları) təşkil edib. Bundan başqa, ölkənin iri sənaye müəssisələrində istehsal həcmi 5,9 % artıb.

Qeyd edək ki, şənbə günü D.Tramp fevralda Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan göndərilən mallara 10 % rüsum tətbiq ediləcəyini elan edib. Rüsum daha sonra 25 %-ə qədər artırılacaq və Birləşmiş Ştatlar tərəfindən Qrenlandiyanın satın alınması haqqında müqavilə imzalanana qədər qüvvədə qalacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti