“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib Quyu gündəlik 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib
Energetika
24 Aprel , 2017 16:38
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
Report.az

Bakı. 24 aprel. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2651 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Qirməkialtı Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1392-1387 metr intervaldan gündəlik 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi