ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) fevral iclasının protokollarının dərc olunması ərəfəsində neft cüzi ucuzlaşıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin aprel fyuçersləri 0,25 % ucuzlaşaraq 1 bareli 82,84 ABŞ dollarına satılıb. "WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,26 % düşüb və 1 bareli 76,16 ABŞ dolları təşkil edib.
Bazar iştirakçıları fevral iclasının protokollarında tənzimləyici orqanın gələcək monetar siyasəti ilə bağlı ipucular əldə edəcəklərinə ümid edirlər.
FED ötən il ərzində uçot dərəcəsini 7 dəfə artırıb. Cari ilin fevral ayında uçot dərəcəsi növbəti dəfə artırılıb, mart ayında növbəti artımın həyata keçiriləcəyi gözlənilir. Tənzimləyicinin yürütdüyü sərt siyasət resessiya riski yaradır ki, bu da neftə olan tələbin proqnozlarına təsir göstərir.