Nazir: “Serbiya ilə Azərbaycan arasında əlaqələr strateji əhəmiyyət kəsb edir”
- 28 dekabr, 2022
- 11:30
Serbiya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın nəticələri iqtisadi tərəqqinin, eləcə də ümumilikdə ikitərəfli əməkdaşlığın göstəricisi olacaq.
Bu barədə “Report”a müsahibəsində Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç bildirib.
“Ölkə prezidentləri arasındakı yaxşı münasibətlərə əsaslanaraq deyə bilərik ki, Serbiya ilə Azərbaycan arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Qısa müddətdə qaz və elektrik enerjisi tədarükü ilə bağlı qaldırdığımız mühüm mövzular da bunu təsdiqləyir. Energetika sektoru ölkələrimiz arasında əməkdaşlığın ən mühüm sahələrindən biridir və əldə etdiyimiz bütün nəticələr iqtisadi tərəqqinin, eləcə də ümumilikdə ikitərəfli əməkdaşlığın göstəricisi olacaq”, - o deyib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.