Nazir: "Qvineya-Bisau Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq üzrə strategiya hazırlayır"

Energetika
  • 03 iyun, 2025
  • 12:17
Nazir: Qvineya-Bisau Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq üzrə strategiya hazırlayır

Qvineya-Bisau Azərbaycanla neft-qaz sektorunda əməkdaşlıq üçün çərçivə strategiyası hazırlayır.

"Report" xəbər verir ki, bu barədə Qvineya-Bisaunun ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi ilə mübarizə üzrə naziri Viriatu Luiş Suareş Kassama 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, ölkəsində neft və qaz var, lakin onların hasilatına hələ başlanılmayıb: "Azərbaycan bu sahədə əhəmiyyətli təcrübəyə malikdir. Buna görə də biz onunla bu istiqamətdə əməkdaşlıq üçün çərçivə strategiyası hazırlamağa başlamışıq".

44 filmi