Nazir müavini: "Yapon şirkətləri Qarabağ və Naxçıvanda müxtəlif enerji layihələri həyata keçirir"

Nazir müavini: "Yapon şirkətləri Qarabağ və Naxçıvanda müxtəlif enerji layihələri həyata keçirir" Yapon şirkətləri təkcə Qarabağ bölgəsində deyil, hazırda Naxçıvan Muxtar Respublikasında da energetika sahəsində müxtəlif layihələr həyata keçirir.
Energetika
21 Fevral , 2024 19:37
Nazir müavini: Yapon şirkətləri Qarabağ və Naxçıvanda müxtəlif enerji layihələri həyata keçirir

Yapon şirkətləri təkcə Qarabağ bölgəsində deyil, hazırda Naxçıvan Muxtar Respublikasında da energetika sahəsində müxtəlif layihələr həyata keçirir.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda Yaponiyanın Milli Gününə həsr olunmuş rəsmi qəbulda deyib.

E.Məmmədov bildirib ki, bərpa olunan enerji sahəsində Yaponiyanın ölkəmizlə əməkdaşlığı daha da inkişaf etdirəcəyinə inanır.

Onun sözlərinə görə, hazırda Azərbaycan işğaldan azad edilmiş torpaqlarda yeni iqtisadi layihələr həyata keçirir, geniş yenidənqurma işləri aparır:

"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda yaranmış nəqliyyat qovşağı sülh və regionlararası ticarət üçün yeni imkanlar açır. Hazırda Ağdamda yaradılmış Sənaye Parkına, Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonasına maraq artmaqdadır. Ölkəmizin iqtisadi inkişaf kursunda işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının həyata keçirilməsi, "yaşıl enerji" zonalarının yaradılması əsas istiqamətlərdən biridir".

Nazir müavini bildirib ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi, Laçın və Kəlbəcərdə külək enerjisi layihələri üçün əlverişli potensial mövcuddur.

E.Məmmədov vurğulayıb ki, əməkdaşlığın digər vacib sahələrindən biri də humanitar sahədə inkişaf edən əlaqələrdir:

"Yaponiyanın humanitar təşkilatları ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sosial sahələrdə müxtəlif layihələr həyata keçirir. Son illər ikitərəfli münasibətlərimizdə regionlararası əlaqələr də xüsusi yer tutur. Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri, Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Şika şəhəri arasında qurulmuş münasibətlər, həmçinin Ağdam və Hiroşima, Qarabağın mədəniyyət beşiyi Şuşa ilə Okayama şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində davam edən fəaliyyət buna misaldır".

Son xəbərlər

Orphus sistemi