Nazir: “Azərbaycan OPEC+ çərçivəsində uğurla əməkdaşlıq edir”

Nazir: “Azərbaycan OPEC+ çərçivəsində uğurla əməkdaşlıq edir” Bakı. 17 iyul. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin aşağı düşməsi bizim üçün üzücü xəbər olsa da, bunun müsbət tərəfi də var. Biz anladıq ki, neft qiymətləri heç də hər dəfə stabil ola bilməz və biz qeyri-neft sektoruna yatırımlar etməyə və islahatlar həyata keçirməyə başladıq.
Energetika
17 İyul , 2018 15:02
Nazir: “Azərbaycan OPEC+ çərçivəsində uğurla əməkdaşlıq edir”

Bakı. 17 iyul. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin aşağı düşməsi bizim üçün üzücü xəbər olsa da, bunun müsbət tərəfi də var. Biz anladıq ki, neft qiymətləri heç də hər dəfə stabil ola bilməz və biz qeyri-neft sektoruna yatırımlar etməyə və islahatlar həyata keçirməyə başladıq.

"Report"un məlumatına görə, bunu ADA Universitetində keçirilən Bakı Yay Enerji Məktəbində çıxışı zamanı Azərbaycan energetika naziri Pərviz Şahbazov deyib.

"Biz islahatları davam etdirəcəyik. Bu yöndə son bir neçə ildə müəyyən uğurlara nail olmuşuq. İkinci məsələ OPEC+ çərçivəsində əməkdaşlıqla bağlıdır. 2016-cı ilin dekabrından etibarən biz bu format çərçivəsində uğurlu əməkdaşlıq edirik ki, neft qiymətləri stabil vəziyyətdə olsun", - deyə nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi