Naxçıvandakı anbarlarda nə qədər enerji daşıyıcılarının olduğu açıqlanıb

Naxçıvandakı anbarlarda nə qədər enerji daşıyıcılarının olduğu açıqlanıb "Bu il müəssisə 31,5 min ton Ai-92 benzini, 647 ton maye qaz alıb"
Energetika
30 Dekabr , 2015 11:02
Naxçıvandakı anbarlarda nə qədər enerji daşıyıcılarının olduğu açıqlanıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu il Naxçıvan Muxtar Respublikası əhalisi, təşkilat və müəssisələrinin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi Azərbaycan Dövlət Neft Şirkətinin müəssisələri ilə bağlanmış müqaviləyə əsasən, 31 min 541,6 ton Ai-92 benzini, 570,8 ton Ai-95 benzini, 56 min 113,9 ton dizel yanacağı, 11 min 657,8 ton bitum, 178,3 ton müxtəlif növ yağlar, 647,2 ton maye qaz alıb.

"Report" xəbər verir ki, bunu müəssisənin direktoru Behruz Əzimov Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində 2015-ci ildə görülən işlərə və 2016-cı ildə qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncaqda bildirib.

Direktorun sözlərinə görə, bu il müəssisə tərəfindən ümumi dövriyyəsi 66 153,8 min manat olan 100 733,8 ton müxtəlif növ neft məhsulları satılıb ki, bu, 32 136,1 ton avtobenzin, 56 218,5 ton dizel yanacağı, 11 557,8 ton bitum, 683 ton maye qaz, 178,4 ton müxtəlif növ yağlardan ibarət olub: "2015-ci ildə müəssisə satışdan 483,7 min manat mənfəət əldə edib. Görülən işlər nəticəsində yanacaq ehtiyatı yaranıb. 29 dekabr 2015-ci il tarixə müəssisənin anbarlarında 1 799,5 ton Ai-92 benzini, 1 934,3 ton dizel yanacağı, 3 520 ton mazut, 18,1 ton maye qaz ehtiyatı var".

Son xəbərlər

Orphus sistemi