Murad Heydərov: “TAP-da işlər qaydalara uyğun davam etdirilir”

Murad Heydərov: “TAP-da işlər qaydalara uyğun davam etdirilir” Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin fəaliyyəti COVİD-19 infeksiyası ilə əlaqədar Yunanıstan, Albaniya və İtaliyada sanitar qaydalara tam uyğun şəkildə həyata keçirilir.
Energetika
3 Aprel , 2020 14:14
Murad Heydərov: “TAP-da işlər qaydalara uyğun davam etdirilir”

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin fəaliyyəti COVİD-19 infeksiyası ilə əlaqədar Yunanıstan, Albaniya və İtaliyada sanitar qaydalara tam uyğun şəkildə həyata keçirilir.

“Report” xəbər verir ki, bunu TAP-ın İdarə Heyətinin sədri Murad Heydərov bildirib.

O qeyd edib ki, 2020-ci ildə ilk qaz nəqlini təmin etmək hədəflənir.

“Təcrid və karantin tədbirləri ilə əlaqədar çətinliklərə baxmayaraq, hazırda işlər yüksək səviyyədə diqqətlə davam edir. Hazırki vəziyyətdəTAP-ın əsas prioriteti işçilərinin, podratçıların və subpodratçıların işçilərinin sağlamlığı və təhlükəsizliyi məsələsidir. Fevral ayının sonuna, TAP layihəsinin 93,5%-i yekunlaşıb. Önümüzdəki həftə və aylarda Albaniyada, daha sonra isə İtaliyada ilk qazı təqdim etməyi planlaşdırırıq.

Buna baxmayaraq, beynəlxalq və milli səviyyədə səhiyyə orqanlarının təlimatlarına əməl edərək, COVID-19-un təkamülünü çox yaxından izləməyə davam edirik. Planlı layihə fəaliyyətlərimizi ev sahibi ölkələrin gələcək tələblərinə uyğunlaşdırmağa və vəziyyət dəyişərsə, effektiv reaksiya verməyə hazırıq. Qeyd etdiyim kimi, layihəyə cəlb olunan insanların sağlamlığı bizim başlıca prioritetimizdir”, - M. Heydərov əlavə edib.

Qeyd edək ki, TAP-ın məlumatına görə, koronavirusun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilib.

Bütün ev sahibi ölkələrdə - İsveçrə, Yunanıstan, Albaniya və İtaliyada işçilər və məsləhətçilərin əksəriyyəti evdən işləyir. Tikinti sahələrində çalışan işçilərin iş şəraiti ev sahibi ölkələrin sanitariya qaydalarına tam uyğundur. Buna paralel olaraq, virusun yayılmasının məhdudlaşdırılması üçün düzgün davranışlar haqqında məlumatlılıq artırılır. TAP-ın qurğuları gigiyena təcrübələrinə və səhiyyə orqanlarının təlimatlarına uyğun olaraq mütəmadi dezinfeksiya edilir. TAP, həmçinin işçilərinin sağlamlığı və təhlükəsizliyi üçün tədbirlərin həyata keçirilməsini təşviq etmək üçün aparıcı podratçılarla sıx əlaqə və koordinasiya yaradıb.

COVID-19 infeksiyasının Avropada ən çox yayıldığı İtaliyada, hökumətin təlimatlarına uyğun olaraq, iş sahəsində 24/7 bir daimi tibb məntəqəsi mövcuddur. Bundan başqa, tikinti sahələri və ofislər hər gün təmizlənir. Bütün mühəndislik, satınalma və tikinti işləri davam etdirilir. Yunanıstan və Albaniyada tikinti və bərpa işləri demək olar ki, yekunlaşıb. Fyer və Kipoydakı kompressor stansiyaları, eləcə də kəmərin ölçmə stansiyaları yekunlaşıb və ilk qazın qəbulu üçün hazırlıqlar davam etdirilir.

İtaliyada boru kəmərinin quru hissəsinin və qəbuletmə terminalının, eləcə də dənizdə boru kəmərinin inşası işləri qrafikə uyğun olaraq davam etdirilir.

Bunlarla yanaşı, TAP-ın genişləndirilmə potensialı ilə bağlı bazar araşdırmaları davam edir.

Son xəbərlər

Orphus sistemi