Neftçilərin peşə bayramı gününə həsr olunmuş "Mən neftçiyəm" videoçarxları hazırlanıb - VİDEO

Neftçilərin peşə bayramı gününə həsr olunmuş "Mən neftçiyəm" videoçarxları hazırlanıb - VİDEO Çəkilişlər "Neft daşları"nda və SOCAR-ın laboratoriyalarında aparılıb
Energetika
18 Sentyabr , 2015 11:03
Neftçilərin peşə bayramı gününə həsr olunmuş Mən neftçiyəm videoçarxları hazırlanıb - VİDEO

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanda 20 sentyabr Neftçilər günü peşə bayramı ilə əlaqədar "Mən neftçiyəm" mövzusunda videoçarxlar hazırlanıb.

"Report" xəbər verir ki, qısametrajlı videoçarxlarda Azərbaycanın neft-qaz sənayesinin müxtəlif sahələrində çalışan ayrı-ayrı şəxslərin ölkənin sosial-iqtisadi inkişafında oynadığı roldan bəhs edilir, müasir beynəlxalq standartlara uyğunlaşan sənaye texnologiyaları və iş prinsiplərinə əsaslanan əmək fəaliyyəti nümayiş olunur.

Videoçarxların çəkilişləri "Ronin Agency" şirkəti tərəfindən "Neft daşları"nda və SOCAR-ın laboratoriyalarında aparılıb.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda Neftçilər günü peşə bayramı kimi qeyd edilir. Bu günün neftçilərin peşə bayramı günü kimi qeyd olunması 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi