Martda Ceyhan limanından 2,038 mln. ton Azərbaycan nefti ixrac olunub
Energetika
- 03 aprel, 2015
- 13:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində 2 037,7 min ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,09% azdır.
Bu həcmin 1 226,3 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-mart aylarında isə Ceyhan limanından ixrac olunmuş neftin ümumi həcmi 6 862,1 min ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il aprelin 1-ə qədər Ceyhan limanından 268,801 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.
Son xəbərlər
23:23
UKMTO: Hörmüz boğazında tanker hücuma məruz qalıb – YENİLƏNİB
Region
23:22
Valdas Dambrauskas: "Sabah" "Slaviya" ilə oyunda möhtəşəm nəticəyə imza atıb"
Futbol
23:09
"Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski: "Sabah"la oyunda mənasız qollar buraxdıq"
Futbol
23:04
FIBA Avropa Kuboku: "LANDAU Lions" Slovakiya klubuna məğlub olub
Komanda
22:48
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
Futbol
22:39
Foto
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6
Futbol
22:31
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
Digər ölkələr
22:15
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb
Region
21:56
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Digər ölkələr