Maroş Şefçoviç Salonikidə Azərbaycan nümayəndə heyəti ilə görüşüb

Maroş Şefçoviç Salonikidə Azərbaycan nümayəndə heyəti ilə görüşüb Onlar TAP kəmərinin təməlqoyma mərasimində iştirak etmək üçün Yunanıstana gəliblər
Energetika
17 May , 2016 13:00
Maroş Şefçoviç Salonikidə Azərbaycan nümayəndə heyəti ilə görüşüb

Bakı. 17 may. REPORT.AZ/ Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimində iştirak etmək üçün Yunanıstanın Saloniki şəhərinə gələn Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmisi "Twitter" mikro-bloqunda qeyd edib.

M.Şefçoviçlə səhər yeməyində Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi