Maroş Şefçoviç: "Azərbaycan Avropa Birliyi üçün energetika sahəsində əhəmiyyətli partnyordur"

Maroş Şefçoviç: "Azərbaycan Avropa Birliyi üçün energetika sahəsində əhəmiyyətli partnyordur" Avropa Komissiyasının vitse-prezidenti Azərbaycanla AB əməkdaşlığından danışıb
Energetika
8 Sentyabr , 2017 06:42
Maroş Şefçoviç: Azərbaycan Avropa Birliyi üçün energetika sahəsində əhəmiyyətli partnyordur

Bakı. 8 sentyabr. REPORT.AZ/ Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç Azərbaycanla Avropa Birliyi (AB) arasında əməkdaşlığın perspektivlərindən danışıb.

"Report"un məlumatına görə, bu barədə "Neftegas.info" xəbər verib.

Xəbərdə bildirilir ki, Avropa Komissiyasının vitse-prezidenti Azərbaycanla AB əməkdaşlığının zəruri olduğunu vurğulayıb. "Bu ölkə Avropa Birliyi üçün energetika sahəsində əhəmiyyətli strateji partnyordur", - deyə o bildirib.

Maroş Şefçoviç qeyd edib ki, AB ilə Bakı arasında əməkdaşlıq "Cənub qaz dəhlizi" layihəsi çərçivəsindən kənara çıxır. Tərəflər yenilənən enerji və enerji-effektivliyinin artımı sahəsində qarşılıqlı fəaliyyəti qaydaya salmağı planlaşdırır.

Avropa Birliyi energetika cəmiyyətini genişləndirmək, energetika bazarında islahatlar aparmaq və bu sektora investisiyaları stimullaşdırmaq niyyətindədir. Bütün bunlar əməkdaşlıq edən ölkələr bazarlarının sıx inteqrasiyasına imkan yaratmalıdır.

Hazırda cənub istiqamətində TANAP-TAP sistemlərinin də daxil olduğu "Cənub dəhlizi" qaz kəmərinin tikintisi aparılır. Xammal bazası "Şah-Dəniz" yatağının ehtiyatlarına xidmət edəcək. Magistral Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya ərazisindən keçəcək,. Bu layihə Avropa Birliyi üçün ən prioritetlidir və "Cənub axını" Rusiya qaz kəmərinə alternativlə çıxış edir, hansı ki, Rusiyanı İtaliya və Avstriya ilə əlaqələndirəcək. 

Son xəbərlər

Orphus sistemi