Mariya Savova: "TAP-ın genişləndirilməsi Aİ-nin dekarbonizasiya hədəflərinə töhfə verə bilər"

Mariya Savova: "TAP-ın genişləndirilməsi Aİ-nin dekarbonizasiya hədəflərinə töhfə verə bilər" Trans-Adriatik Qaz Boru Kəməri (TAP) fəaliyyətə başladığı dövrdən bəri Cənub Qaz Dəhlizinin (SGC) İtaliya, Mərkəzi Avropa və Balkan regionu ilə birləşdirilməsində mühüm rol oynayır.
Energetika
26 Aprel , 2024 12:33
Mariya Savova: TAP-ın genişləndirilməsi Aİ-nin dekarbonizasiya hədəflərinə töhfə verə bilər

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) fəaliyyətə başladığı dövrdən bəri Cənub Qaz Dəhlizinin (SGC) İtaliya, Mərkəzi Avropa və Balkan regionu ilə birləşdirilməsində mühüm rol oynayır.

“Report” xəbər verir ki, bunu TAP AG-nin kommersiya direktoru Mariya Savova Amsterdamda keçirilən “Flame -2024” konfransında deyib.

“TAP 2020-ci ilin sonunda fəaliyyətə başlayandan bəri SGC-in İtaliya, Mərkəzi Avropa və Balkan regionu ilə birləşdirilməsində mühüm rol oynayır. 2023-cü ildə TAP ilə nəql olunan təbii qazın ümumi həcminin 16 %-i İtaliya, 18 %-i isə Yunanıstanın payına düşüb”, - o vurğulayıb.

M.Savova TAP-ın ötürücülük qabiliyyətinin iki dəfə artırılmasının mərhələli şəkildə həyata keçirilə biləcəyini bir daha vurğulayıb:

“Sistemin genişləndirilməsi təchizat təhlükəsizliyi ilə bağlı problemləri həll edə və SGC boyunca yerləşən ölkələrdən yeni həcmdə hidrogen və digər bərpa olunan mənbələrin Avropaya daşınmasını asanlaşdırmaqla dekarbonizasiya hədəflərinə nail olmaq istiqamətində Avropa İttifaqına (Aİ) kömək edə bilər”.

Son xəbərlər

Orphus sistemi