KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir

KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklos investorların enerjiyə keçid strategiyasından narazılığı fonunda yenidən neft və qaz əməliyyatlarına diqqət yetirmək üçün işə qəbul moratoriumu tətbiq edib və yeni dəniz külək enerjisi layihələrini
Energetika
27 İyun , 2024 11:09
KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir

BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklos investorların enerjiyə keçid strategiyasından narazılığı fonunda yenidən neft və qaz əməliyyatlarına diqqət yetirmək üçün işə qəbul moratoriumu tətbiq edib və yeni dəniz külək enerjisi layihələrini dayandırıb.

“Report” xəbər verir ki, bu barədə "Reuters" şirkətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, BP rəhbərliyi, xüsusən də Meksika körfəzi və ABŞ-nin quruda yerləşən şist yataqlarına investisiya yatırmağa, eləcə də yeni neft və qaz aktivləri əldə etməyə üstünlük verir.

Şirkətin daha sadə, məqsədyönlü və gəlirli olması üçün 6 prioritet müəyyən edilib.

Prioritetlərə biznesin cəmləşdirilməsi və BP-nin səmərəliliyi və inkişaf layihələrinin növbəti dalğasının həyata keçirilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi