Kaxa Kaladze: “Azərbaycanla elektrik enerjisinin daşınması sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik"

Kaxa Kaladze: “Azərbaycanla elektrik enerjisinin daşınması sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik" "Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı “energetika körpüsü” işi də uğurla davam edir"
Energetika
15 Aprel , 2017 15:29
Kaxa Kaladze: “Azərbaycanla elektrik enerjisinin daşınması sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik

Tbilisi. 15 aprel. REPORT.AZ/ “Bu gün Azərbaycan ilə Gürcüstan bir sıra sahələrdə olduğu kimi, elektrik enerjisinin daşınması ilə bağlı layihəni də uğurla həyata keçirirlər. Artıq çox yaxşı nailiyyətlərimiz var və biz, bu layihəni daha da genişləndirmək niyyətindəyik”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə Gürcüstanın Energetika naziri Kaxa Kaladze söyləyib.

Nazir deyib ki, bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı “energetika körpüsü” işi də uğurla davam edir. Məhz bu körpü vasitəsilə 2016-cı ildə Azərbaycandan Gürcüstan ərazisindən keçməklə Türkiyəyə 1 milyard kilovat-saat elektrik enerjisi ötürülüb. Hazırda transsərhəd zonalarda enerji mübadiləsinin gücləndirilməsi istiqamətində iş aparılır.

“Düşünürəm ki, 2017-ci ildə biz bu sahədə daha böyük uğurlar qazanacağıq və elektrik enerjisinin ötürülməsi istiqamətindəki rəqəm daha da artacaq”, - deyə Kaladze vurğulayıb.

Son xəbərlər

Orphus sistemi