İtaliya şirkəti “Yaşıl Enerji Dəhlizi Layihəsi” üzrə hesabatını təqdim edib

İtaliya şirkəti “Yaşıl Enerji Dəhlizi Layihəsi” üzrə hesabatını təqdim edib ​​​​​​​COP29 tədbiri çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 9-cu Nazirlər/Rəhbər Komitənin iclasında İtaliyanın “CESI” ş
Energetika
12 Noyabr , 2024 15:58
İtaliya şirkəti “Yaşıl Enerji Dəhlizi Layihəsi” üzrə hesabatını təqdim edib

COP29 tədbiri çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 9-cu Nazirlər/Rəhbər Komitənin iclasında İtaliyanın “CESI” şirkəti tərəfindən “Yaşıl Enerji Dəhlizi Layihəsi” üzrə aparılan texniki-iqtisadi əsaslandırmanın (TİƏ) ilkin nəticələrini əks etdirən hesabat təqdim olunub.

“Report” xəbər verir ki, bərpa olunan enerji və “yaşıl hidrogen” üzrə tələbat və istehsala dair proqnozlar, texnologiyalar, interkonnektorların texniki-iqtisadi potensialı barədə məlumatlar diqqətə çatdırılıb. “Yaşıl elektrik” və hidrogen infrastrukturunun yaradılması və ötürülməsinə dair ilkin təhlillər bölüşülüb.

Energetika naziri Pərviz Şahbazov çıxışında “yaşıl enerji dəhlizi”nin Azərbaycanın COP təşəbbüslərindən biri olduğunu vurğulayaraq layihə üzvlərini bu təşəbbüsü dəstəkləməyə çağırıb. Nazir deyib ki, texniki-iqtisadi əsaslandırmanın (TİƏ) ilkin nəticələri layihə üçün potensial biznes modelləri ilə bağlı müzakirələrə başlamağı, tələb və təkliflə bağlı aydın və uzunmüddətli planları zəruri edir. Nazir layihənin fiber-optik komponenti üzrə tezliklə ekspert qrupunun görüşünün keçirilməsini təklif edib.

Müzakirələr zamanı məsləhətçinin texniki-iqtisadi əsaslandırmanın uğurla tamamlanması üçün tərəflərlə əməkdaşlığını davam etdirməsi tövsiyə olunub. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Asiya İnikaf Bankının (ADB) layihəyə marağı və texniki-iqtisadi əsaslandırma başa çatdıqdan sonra əməkdaşlıq imkanları qeyd olunub. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Yaşıl Enerji Dəhlizi” təşəbbüsü ilə bağlı əldə olunmuş irəliləyişlər yüksək qiymətləndirilib. Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında regional enerji təhlükəsizliyinin, yaşıl enerji keçidinin və əlaqələndirmənin gücləndirilməsi niyyəti bir daha ifadə edilib.

Yeni təsis edilmiş Birgə Müəssisənin fəaliyyət planının hazırlanması ilə bağlı işlər də müzakirə edilib. 8-ci Nazirlər Görüşündə qəbul olunmuş qərara uyğun olaraq energetika nazirinin müşaviri Fərhad Məmmədov Birgə Müəssisənin Baş direktoru təyin edilib. Yekunda Birgə Müəssisənin fəaliyyəti üzrə hüquqi məsələlərin tezliklə yekunlaşdırılması razılaşdırılıb. Bolqarıstanın Sazişə qoşulması ilə bağlı ölkənin marağına və nazirlərin əvvəlki görüşlərinin qərarlarına əsaslanaraq zəruri prosedurlara başlamaq barədə razılığa gəlinib. İclasın yekunlarına dair Protokol imzalanıb.

Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Macarıstanı isə Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Peter Sztaray təmsil edib. Görüşdə, Bolqarıstanın energetika naziri Vladimir Malinov, Avropa Komissiyasının enerji siyasəti üzrə direktoru Kristina Lobillo Borrero, “CESI” şirkətinin Baş icraçı direktoru Nicola Melchiotti, EBRD-nin vitse-prezidenti Mark Bouman, Avropa İnvestisiya Bankının (EİB) “Wind Europe” şirkətinin rəsmiləri, həmçinin ötürücü sistem operatorlarının nümayəndələri iştirak edib.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Son xəbərlər

Orphus sistemi