İspaniya şirkətləri Azərbaycanda “yaşıl enerji” sahəsinə maraq göstərir

İspaniya şirkətləri Azərbaycanda “yaşıl enerji” sahəsinə maraq göstərir Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb
Energetika
11 Dekabr , 2024 16:50
İspaniya şirkətləri Azərbaycanda “yaşıl enerji” sahəsinə maraq göstərir

İspaniya şirkətləri Azərbaycanın bərpa olunan enerji və “yaşıl enerji” sahələrinə investisiya qoyuluşuna maraq göstərir.

“Report” Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və İspaniya Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər üzrə vəkili Xose Pedro Torrubia arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Energetika Nazirliyi və İspaniyanın “Elecnor” şirkəti arasında “Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə əməkdaşlığa dair” Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.

Həmçinin ikitərəfli əlaqələrin inkişafı məqsədilə bərpa olunan enerji sahəsində gələcəkdə əməkdaşlıq imkanları dəyərləndirilib. Azərbaycanın ənənəvi enerji üzrə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələri barədə məlumat verilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi