İraq OPEC+ razılaşmasını tərk edə bilər

İraq OPEC+ razılaşmasını tərk edə bilər İraqda OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarına dair razılaşmada iştirak edib-etməməyə dair müzakirələr yenidən başlayıb.
Energetika
445
11 Sentyabr , 2020 17:15
İraq OPEC+ razılaşmasını tərk edə bilər

İraqda neft hasilatının həcminin azaldılmasına dair OPEC+ razılaşmasında qalıb-qalmamaqla bağlı yenidən müzakirələr başlayıb.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Uzun illərdir ki, daxili silahlı qarşıdurmalardan və korrupsiyadan əziyyət çəkən ölkə indi də hasilatın azaldılması nəticəsində maliyyə çətinlikləri ilə üzləşib. 

OPEC-ə üzv ölkələr arasında II neft istehsalçısı olan İraq 2016-cı ildən OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşmaya tam miqdarda əməl edə bilməyərək kvotalarından artıq neft istehsal edir.

“İraq həmişə inanıb ki, 2016-cı ilin dekabr ayında razılaşmadan çıxarılmamaları düzgün olmayıb”, - OPEC-dəki mənbə qeyd edib.

İraq hökuməti tənəzzülə uğrayan neft sənayesini dirçəltməyə çalışdığı bir vaxtda başqa OPEC üzvlərinin gəlir əldə etməsindən, bazar paylarını artırdığından gileylənib.

Adı çəkilməyən yüksək rütbəli rəsmi şəxs OPEC+ çərçivəsində hasilatı azaltmaq öhdəliklərini bundan sonra da yerinə yetirmək, yoxsa 2021-ci ildən bu öhdəliyə xitam vermək barədə məsələ qaldırmağa dair Neft Nazirliyi ilə baş nazirin ofisi arasında fikir ayrılıqlarının olduğunu bildirib.

Ötən həftə dünya bazarında “Brent” markalı neftin 41 ABŞ dollarına qədər ucuzlaşması həm ABŞ dollarının bahalaşması, həm də İraqın öz öhdəliklərini bundan sonra da yerinə yetirəcəyinə dair şübhələrlə bağlı olub. Lakin neftə tələbatın artması, eyni zamanda hasilatın ixtisarı nəticəsində qiymətlərin getdikcə qalxacağı, gələn il hətta 50 ABŞ dolları həddini keçəcəyi qənaəti üstünlük qazanıb.

Son xəbərlər

Orphus sistemi