IMF: "Azərbaycanın qeyri-neft ÜDM-i gələn il 3,5 %, neft ÜDM-i isə 0,2 % artacaq"
- 19 oktyabr, 2021
- 11:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi daxili məhsulunun (ÜDM) 4,5 % artması gözlənilir.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilib.
Sənədə əsasən, 2022-ci ildə qeyri-neft ÜDM-in artım tempi bir qədər zəifləyərək 3,5 %-ə enəcək.
Azərbaycanın neft sektoru üzrə ümumi daxili məhsulu 2021-2022-ci illərdə 0,2 % artacağı proqnozlaşdırılır.
Proqnoza əsasən, ölkənin ÜDM-i bu il 3 %, 2022-ci ildə isə 2,3 % artacaq.
Azərbaycan hökuməti bu il ölkədə iqtisadi artımın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.
Dövlət Statistika Komitəsinə istinadən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 62 milyard 877,4 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 % çox ümumi daxili məhsul istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,4 %, qeyri neft-qaz sektorunda isə 6,2 % artıb.