IMF Azərbaycanda 2021-2022-ci illərdə neft və qaz istehsalının həcmlərini açıqlayıb

Energetika
  • 19 oktyabr, 2021
  • 10:59
IMF Azərbaycanda 2021-2022-ci illərdə neft və qaz istehsalının həcmlərini açıqlayıb

Bu il Azərbaycanın xam neft istehsalı gündəlik 680 min barel olacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilib.

Sənədə əsasən, 2022-ci ildə Azərbaycanın xam neft istehsalı gündəlik 660 min barel səviyyəsində olması proqnozlaşdırılır.

Azərbaycanın təbii qaz istehsalı isə bu il sutkada 670 milyon kubmetr, 2022-ci ildə isə 710 milyon kubmetr həcmində gözlənilir.