Bu il AÇG-dən hasilat 12 %-dək azalıb

Energetika
  • 03 noyabr, 2022
  • 09:00
Bu il AÇG-dən hasilat 12 %-dək azalıb

Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan hasilat 2 milyon ton və 11,8 % azalıb.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin üçüncü rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, AÇG-dən ümumi hasilat gündə orta hesabla 418 000 barel və ya ümumilikdə təxminən 114 milyon barel, yəni 15 milyon ton olub. Həmçinin “Çıraq” platformasından hasilat 25 000 barel, “Mərkəzi Azəri”dən - 105 000 barel, “Qərbi Azəri”dən - 108 000 barel, “Şərqi Azəri”dən - 63 000 barel, “Dərinsulu Günəşli”dən - 77 000 barel və “Qərbi Çıraq” platformasından 40 000 barel olub.

Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 33 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Bu ilin ilk üç rübündə AÇG-də 11 neft hasilatı və iki su injektor quyusu tamamlanıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti