IFC: Azərbaycanın bərpa olunan enerji ixracı imkanları artacaq

IFC: Azərbaycanın bərpa olunan enerji ixracı imkanları artacaq Azərbaycanın bərpa olunan enerji imkanlarının genişləndirilməsi gələcəkdə enerji ixracının artırmağa imkan verəcək.
Energetika
17 May , 2024 12:30
IFC: Azərbaycanın bərpa olunan enerji ixracı imkanları artacaq

Azərbaycanın bərpa olunan enerji imkanlarının genişləndirilməsi gələcəkdə enerji ixracının artırmağa imkan verəcək.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

"Hazırda Azərbaycanın əsas vəzifələrindən biri bərpa olunan enerji resurslarını inkişaf etdirməkdir. Ölkənin əhəmiyyətli günəş və külək resursları enerji sektorunun dekarbonizasiyasına təkan verir və gələcəkdə "yaşıl enerji" ixracı üçün şərait yaradacaq. Həmçinin istilik və nəqliyyat kimi sektorların dekarbonizasiyasını da dəstəkləyəcək", - A. Əzimova bildirib.

O hesab edir ki, bununla belə bütün istehlakçı sektorları üzrə enerji səmərəliliyini dəstəkləmək üçün siyasətlər qəbul edilməlidir, ənənəvi biznes modeli ilə müqayisədə 2030-cu ilə qədər yekun enerji tələbində 5 %, 2050-ci ilə qədər isə 15 %-ə qədər azalmaya nail olmaq mümkün olsun.

Xatırladaq ki, Dünya Bankı və IFC-nin dəstəyi ilə Azərbaycan üçün Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi hazırlanıb. Yol Xəritəsi Azərbaycanda dekarbonizasiya və dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq uzunmüddətli perspektivdə infrastrukturun inkişafı və investisiya cəlb edilməsilə 2040-cı ilə qədər dənizdə 7,2 QVt ümumi qoyuluş gücündə külək elektrik qurğularının quraşdırmaq potensialının olduğunu göstərir. Bununla belə, sənəddə aşağı artım ssenarisinə də baxılır ki, bu ssenari üzrə potensial 1,5 QVt həcmində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi