IEA neft hasilatına dair proqnozunu dəyişdi

IEA neft hasilatına dair proqnozunu dəyişdi Bu barədə Beynəlxalq Enerji Agentliyinin dekabr ayı üzrə hesabatında bildirilir.
Energetika
15 Dekabr , 2020 15:04
IEA neft hasilatına dair proqnozunu dəyişdi

2020-ci ildə dünyada neft hasilatı 6,6 milyon barel azalacaq, 2021-ci ildə isə OPEC+ formatı çərçivəsindəki ixtisar razılaşmasının 100 faiz icra olunması şərtilə 1,4 milyon barel artacaq.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr ayı üzrə hesabatında bildirilir.

Xatırladaq ki, OPEC+ formatının iştirakçısı ölkələri arasında əldə edilən razılaşmaya görə, bu ilin may ayından hasilat həcmi 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən 9,7 milyon barel, avqustdan ilin sonunadək 7,7 milyon barel azalıb. Razılaşmanın şərtlərinə görə, OPEC-in 10 üzv ölkəsi avqust ayından etibarən gündəlik hasilatı 1 200 min barel azaldaraq 4 868 min barel səviyyəsinə endiriblər. 2021-ci ilin yanvar ayından isə OPEC+ formatı çərçivəsində hasilat 500 min barel artırılacaq. Yəni 2018-ci ilin oktyabr ayı həcminə nisbətən ilkin olaraq 5,8 milyon barel ixtisar nəzərdə tutulsa da, yeni şərtlərə görə 7,2 milyon barel olacaq. Sonradan bazardakı cari vəziyyətə uyğun olaraq, hər ay üçün ixtisara dair ayrıca qərar veriləcək, lakin ixtisar 500 min bareldən artıq olmayacaq.

Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 587 min barel, kondensat hasilatı da 99,2 min barel olub. Beləliklə, ölkə hasilatın ixtisarına dair öhdəliklərini bütövlüklə yerinə yetirib. Belə ki, Əməkdaşlıq Bəyannaməsinə görə, cari ilin avqust – dekabr aylarında gündəlik neft hasilatı 587 min barel olmalıdır. O cümlədən AÇG-dəki hasilat həcmi 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 567 min bareldən 461 minədək, SOCAR üzrə isə 151 min bareldən 126 min barelədək azalmalıdır.

Son xəbərlər

Orphus sistemi