Yuxarı

İtaliya şirkəti sərmayələrin cəlb olunmasında Azərbaycana yardım göstərəcək

​İtaliya şirkəti sərmayə cəlb etməkdə Azərbaycana yardım göstərəcək

153

© google.az

İtaliyanın enerji turbinləri istehsal edən “Ansaldo Energia” şirkəti Azərbaycanda elektrik enerjisi istehsalının müxtəlif layihələrini öyrənmək üzrə iki müqavilə imzalayıb.

“Report” İtaliya KİV-nə istinadən xəbər verir ki, hər iki Anlaşma Memorandumu Azərbaycanın enerji sisteminin inkişafı və keçid dövrü proqramlarının həyata keçirilməsində ölkəyə potensial yardıma istiqamətlənib. Layihələr həm ənənəvi, həm də bərpa olunan enerji mənbələrini əhatə edə bilər.

“Azərenerji” ASC ilə imzalanan ilk memorandum çərçivəsində “Ansaldo Energia” ölkədə mövcud olan iki buxar-qaz elektrik stansiyasına xidmət üçün 10 illik müqavilə üzrə iqtisadi təklif təqdim edəcək. Bu həm də yeni “Yaşma” zavodunun, 1000 MVt gücündə buxar-qaz elektrik stansiyasının inşası barədə saziş üzərində sıx əməkdaşlıq üçün zəmin yaradır. “Ansaldo Energia” müqavilənin bu son hissəsinə uyğun olaraq, mühəndislik, satınalma və tikinti xidmətləri təqdim edəcək.

“Enerji keçidi Azərbaycan üçün strateji hədəfdir. Bu, bərpa olunan enerji sektoruna sərmayəni stimullaşdırır. İmzalanan müqavilələrə əsasən, “Ansaldo Energia” ölkənin enerji sistemində bərpa olunan enerji mənbələrinin (BOEM) düzgün idarə edilməsini təmin etmək üçün özünü sistem inteqratoru kimi təqdim edir”, - “Ansaldo Energia” şirkətinin baş direktoru Cüzeppe Marino deyib.

Azərbaycan Energetika Nazirliyi ilə imzalanan ikinci memorandum isə enerji potensialının təhlilini və Azərbaycanda davamlı və bərpa olunan enerji layihələrinə investisiya qoymaq üçün uyğun şəraitin yaradılmasını nəzərdə tutur.

Anlaşma Memorandumlarının imzalanması Romada baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi