Bu il “Şahdəniz" yatağından 2,5 mlrd. kubmetr qaz hasil edilib

Bu il “Şahdəniz" yatağından 2,5 mlrd. kubmetr qaz hasil edilib I rübdə SOCAR-a verilən səmt qazın həcmi artıb
Energetika
6 Aprel , 2017 17:30
Bu il “Şahdəniz yatağından  2,5 mlrd. kubmetr qaz hasil edilib

Bakı. 6 aprel. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından bu ilin I rübündə 2,5 mlrd. kubmetr qaz hasil edilib. Bu isə ötən ildəkindən azdır.

“Report” xəbər verir ki, bunu “Natural Gas World” jurnalına Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, bu dövrdə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan SOCAR-a verilən səmt qazının həcmi 0,4 mlrd. kubmetrədək artıb.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda qaz hasilatının həcmi 29,4 mlrd. kuibmetr olub.

Son xəbərlər

Orphus sistemi